3 Dekabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Laçın aeroportu Azərbaycan məhsullarının dünya bazarına çıxarılması baxımından əhəmiyyətlidir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçına səfəri strateji, həmçinin iqtisadi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Kəlbəcər və Laçında olan zaman bir sıra mühüm strateji infrastruktur layihələrinin əsasını qoydu. Təbii ki, bu layihələr arasından Laçında beynəlxalq hava limanının inşaatı, eləcə də Kəlbəcər və Laçında nəqliyyat infrastrukturunun inkişafına xidmət edən yeni yolların çəkilməsi xüsusi ilə qeyd olunmalıdır.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında deyib.

O bildirib ki, Laçında inşa ediləcək beynəlxalq hava limanı Azərbaycan və eləcə də, işğaldan azad olunmuş ərazilərimiz üçün mühüm əhəmiyyət daşıyır. Çünki bu liman beynəlxalq statusda olacaq və imkan yaradacaq ki, turistlər həmin ərazilərə səfər etsinlər.

“Bütövlükdə Şərqi Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensialı var və bu, qeyri-neft sektorunda yeni məhsulların istehsalına imkan verəcək. Şərqi Zəngəzur iqtisadi rayonunun potensialından istifadə etmək üçün, həmçinin sənaye və kənd təsərrüfatı məhsullarının daha böyük bazarlara və dünya bazarına çıxarılması baxımından yeni aeroportun inşa edilməsi, istifadəyə verilməsi çox vacibdir”, - deyə V.Bayramov vurğulayıb.

Kəlbəcərin turizm potensialından danışan deputat qeyd edib ki, yol infrastrukturunun qurulması ilə rayonun bu sahədə imkanları daha da artacaq: “Ümumiyyətlə, Kəlbəcər Cənubi Qafqazda fasiləsiz turizm xidməti təklif edəcək az saylı bölgələrdən biridir. Burada yay, qış, tarixi, mədəni, sağlamlıq turizmi xidmətləri və imkanları var. Yol infrastrukturunun formalaşması daxili turizmin və gəlmə turizmin inkişafına təkan verəcək. İşğaldan azad edilmiş ərazilərdə yeni infrastruktur layihələri bölgənin və Azərbaycan iqtisadiyyatının inkişafına təkan verəcək. Növbəti dövrdə işğaldan azad olunmuş ərazilərimiz Azərbaycan iqtisadiyyatının inkişafında yeni drayverə çevriləcək”.

VergiVergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər? VergiBeynəlxalq yükdaşıma xidmətinin ƏDV-yə cəlb edilməsi VergiRepetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir? Ekspert RəyiBütün müəssisələrdə baş mühasib ştatının olması vacibdirmi? VergiOnlayn NKA-lar vasitəsilə dövriyyə 18 mlrd. manata yaxın olub VergiAktiv ƏDV ödəyicilərinin sayı 12,2 faiz artıb