20 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara “Startap” şəhadətnaməsi verilib

Daha 3 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bunlar “Kibrit.Tech” MMC-nin çağrı mərkəzlərinin işinin təşkili və idarə edilməsi üçün “Orangeline” proqram tətbiqi, “Profam” MMC-nin sığorta xidmətlərini vahid ünvandan təqdim edən “www.insure.az” layihəsi və “Unibroad” MMC-nin eyni adlı xaricdə təhsil almaq istəyənlər üçün onlayn platformasıdır.

Qeyd edək ki, KOB subyektləri “Startap” şəhadətnaməsini aldıqları tarixdən müvafiq layihələrdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur.

Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi almaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. İndiyədək KOBİA tərəfindən 10 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsini almaq üçün müvafiq meyarlar, müraciət üçün ərizə forması və lazım olan sənədlərlə bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?