11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bayram günlərinə görə iş günləri ilə istirahət günlərinin yerlərinin dəyişdirilməsi

Nazirlər Kabinetinin qərarları ilə istirahət və bayram günlərinin ardıcıllığının təmin edilməsi üçün iş günləri ilə istirahət günlərinin yerləri dəyişdirilir. Bu zaman aylıq iş norması necə tənzimlənir? Suala sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Misal: “AA” MMC beşgünlük iş rejimində çalışan hüquqi şəxsdir. Nazirlər Kabinetinin qərarına əsasən, iyul ayında Qurban bayramı ilə əlaqədar istirahət vaxtının ardıcıllığını təmin etmək üçün 17 iyul şənbə günü iş günü, 19 iyul iş günü isə istirahət günü kimi dəyişdirildi. Bu halda 18 və 19 iyul istirahət günləri, 20 və 21 iyul isə bayram günləri oldu. Əgər günlərin yeri dəyişdirilməsəydi, 20 iyul bayram günü olduğundan 19 iyul qısaldılmış iş günü olmalı idi. Yəni iş günü 8 saat yox, 7 saat, iyul ayı üçün iş vaxtı norması isə 159 saat olacaqdı.

Nazirlər Kabinetinin qərarına əsasən, yerdəyişmə nəticəsində 17 iyul iş günü, 18 iyul isə istirahət günü olduğundan 17 iyulda iş norması 8 saat oldu. Bu halda beşgünlük rejimdə çalışan “AA” MMC-nin iyul ayı üçün iş norması 159 saat yox,160 saat oldu. Bu isə beşgünlük iş rejimində müəyyənləşdirilmiş iş vaxtı normasının pozulması deməkdir. Xüsusi hallarda normaların pozulmasına yol verilsə də, iş rejimi normalar daxilində tətbiq edilməlidir.

Bundan əlavə, məntiqlə yanaşsaq, 17 iyul və 19 iyul tarixlərinin yerləri dəyişildiyindən 17 iyulda 19 iyulun iş saatları tətbiq edilməli idi ki, iyul ayının iş vaxtı norması 159 saat olsun.

Belə hesab edirik ki, günlərin yerləri dəyişdirilərkən adi həftələrdəki iş saatlarının həcmi nəzərə alınmalıdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?