12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İlin birinci yarısında ixrac və idxal edilən məhsullar açıqlanıb

Bu ilin birinci yarısında Azərbaycanın ixrac və idxal etdiyi məhsullar açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 38,8 faiz, kartof 12,9 faiz, şəkər 2 dəfə, bitki yağları 27,8 faiz, meyvə və tərəvəz şirələri 15,5 faiz, meyvə və tərəvəz konservləri 19,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu 10,7 faiz, pambıq lifi 1,9 dəfə, pambıq ipliyi 1,8 dəfə, qara metallardan borular 12 faiz artıb, təzə tərəvəz ixracı 23,6 faiz, çay 21,3 faiz, tütün 45,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 30,7 faiz, polietilen 11,5 faiz, emal olunmamış alüminium 41,8 faiz, bentonit gili 4,2 faiz azalıb.

Eyni zamanda, 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin altı ayında buğda idxalı 12 faiz, bitki yağları 2,3 faiz, xam şəkər və şəkər 15,6 faiz, çay 11,2 faiz, kartof 14,5 faiz, təzə tərəvəz 44,5 faiz, siqaretlər 0,5 faiz, minik avtomobilləri 1,7 dəfə, dərman vasitələri 1 faiz, hesablama maşınları, blok və qurğuları 11,9 faiz, rezin şinlər 1,6 dəfə, yük avtomobilləri 2,1 dəfə, mebellər 33,6 faiz, paltaryuyan maşınlar 28,5 faiz, məişət soyuducuları 9,4 faiz artıb, təzə meyvə idxalı isə 1,6 faiz, kərə yağı, digər süd yağları və pastaları 6,9 faiz, quş əti və onun əlavə məhsulları 28,4 faiz, mal əti 41,9 faiz, polad prokatı 43,6 faiz, qara metallardan borular 35,8 faiz, mineral gübrələr 44 faiz, məişət kondisionerləri 4,1 faiz, qara metallardan çubuqlar 70,4 faiz, polietilen 44,2 faiz, qara metallardan künclüklər 26,4 faiz, avtobuslar 21,1 faiz, sement və sement klinkerləri 35,4 faiz azalıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?