7 Dekabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Avqustun 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, faiz dərəcəsi 6,5 faiz, tədavül müddəti 1092 gündür. İstiqrazlar 2024-cü il avqustun 13-də ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

VergiFiziki şəxsə məxsus əsas vəsaitlərin balansda uçota alınması VergiAlış aktı olmadan nəqliyyat vasitəsini balansa almaq qanunauyğundurmu? VergiUçotda olmayan malların satışı hansı risklər yaradır? VergiVergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər? VergiBeynəlxalq yükdaşıma xidmətinin ƏDV-yə cəlb edilməsi VergiRepetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir?