19 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi orqanları əməkdaşları korrupsiya ilə mübarizə sahəsində maarifləndiriliblər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi vergi orqanları əməkdaşlarının korrupsiya ilə mübarizə sahəsində maarifləndirilməsi məqsədilə “Ekvita” şirkəti ilə birgə təlim keçirib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsində baş tutmuş təlim “Korrupsiyaya qarşı mübarizə, maraqların toqquşması və məlumat təhlükəsizliyi məsələləri”nə həsr olunub.

Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov təlim iştirakçılarına ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional tədbirlər barədə ətraflı məlumat verib.

Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazım Əliyev və “Ekvita” şirkətinin direktoru İlqar Mehti korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqlar toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və sair məsələlərə toxunublar. İnteraktiv formatda keçirilmiş tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsinin Monitorinq Raundları ilə bağlı tövsiyələrində korrupsiya ilə mübarizə sahəsində maarifləndirmə və tədrisin genişləndirilməsi, təlimlərin keçirilməsi üzrə icraçı strukturlardan biri kimi müəyyən edilib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?