14 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məcburi sosial sığortanı kimlər ödəyir?

Hər bir dövlətdə əmək fəaliyyəti göstərən işçilər həmin dövlətin qanunları çərçivəsində məcburi sosial sığorta ödəyirlər. İqtisadçı ekspert Radil Fətullayev Azərbaycanda qanunvericiliyin tələblərini şərh edir.

Azərbaycanda məcburi dövlət sosial sığortasına (MDSS-ə) cəlb olunan şəxslər 7 qrupa ayrılır:

1. Əmək müqaviləsi ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər;

2. Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

3. Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (Neft-qaz sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər və sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən işçilər (2016-cı il mayın 1-dən 5 il müddətində) istisna olmaqla);

4. Seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);

5. Prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri;

6. Vəkillər kollegiyasının üzvləri;

7. Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;

“Sosial sığorta haqqında” Qanuna əsasən, yuxarıdakı 7 qrupa daxil olan şəxslərin gəlirlərinin MDSS-ə cəlb olunması qaydası eyni deyil: onlarla bağlanmış müqavilələrin növündən və xarakterindən asılı olaraq, MDSS-ə cəlb olunma metodu da fərqli qaydada aparılır. Qeyd olunan cəlb olunma metodlarını aşağıdakı qrafik daha əyani əks etdirir:

MDSS-ə fərqli qaydada cəlb olunan işçilərin və gəlirlərin təsnifatı

Əmək müqaviləsi ilə işləyən işçilərin

M.D.S.S-ə cəlb olunması

Xidmət müqaviləsi ilə çalışan işçilərin (vətəndaşların) M.D.S.S.-ə cəlb olunması

Fərdi sahibkarların

M.D.S.S.-ə cəlb

Olunması

Muzdlu işdən əldə olunan gəlirlər

Muzdlu işə aid olmayan və ya qeyri-sahibkarlıq faliyyətindən əldə olunan gəlirlər

Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər

Bu cür işçilərin gəlirləri üzrə MDSS həm işəgötürən, həmdə işçi tərəfindən ödə­ni­lir. Belə ki, müəssisə (işə­gö­tü­rən) hesablanmış ümumi əməkhaqqı fondundan qa­nun­la müəyyən edilmiş qay­dada MDSS ödəyir.

Bu cür işçilərin gəlir­ləri üzrə MDSS yalnız işçi­dən tutula­raq ödə­ni­lir.

Bu cür işçilərin gəlir­ləri üzrə MDSS ölkə üzrə müəyyən edilmiş mini­mum əməkhaq­qına nis­bət­də müəy­yən faizlə he­sab­lanır. Bu zaman he­sab­la­nan fa­iz­lər sahibka­rın fəaliy­yət göstərdiyi sek­tor­dan (xidmət, tikin­ti, ticarət, isteh­sal və s.) ası­lı ola­raq dəyişir.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?