7 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İraq Respublikasının nümayəndə heyətinə Azərbaycanda investisiya mühiti barədə məlumat verilib

Azərbaycanda rəsmi səfərdə olan İraq Respublikasının rabitə naziri Arkan Şihab Ahmed Al-Şeybaninin rəhbərliyi ilə nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.

STP-dən bildirilib ki, İraqın tikinti və şəhərsalma nazirinin müavini Yılmaz Şahbaz Abbasın başçılıq etdiyi nümayəndə heyətini iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və STP-nin baş direktoru Ruslan Ağabəylinin rəhbərliyi ilə Azərbaycan heyəti qarşılayıb. Qonaqlar əvvəlcə STP-nin biznes vahidi olan “STP Global Cable” şirkətinin Kabel zavodunu ziyarət ediblər. STP-nin Baş direktoru Ruslan Ağabəyli “STP Global Cable” nümayəndələri ilə birgə qonaqlara zavodun istehsal etdiyi kabel məhsulları və elektrik avadanlıqları barədə məlumat verib. Zavodda gəzinti zamanı İraq rəsmiləri istehsalat prosesi və müasir test laboratoriyaları ilə tanış olublar. Hazırda zavodun istehsal etdiyi məhsullar bir necə ölkəyə ixrac olunur. Bunların sırasında Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Türkiyəni qeyd etmək olar.

Daha sonra İraq Respublikasının nümayəndə heyəti İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Sumqayıt Kimya Sənayə Parkı və Sumqayıt Texnologiyalar Parkının nümayəndələri ilə görüşüb. Görüş zamanı qonaqlara Azərbaycanda investisiya mühiti, qeyri-neft sektorunun inkişafı üçün görülən işlər, STP-nin genişçeşidli istehsalatı və ixrac uğurları barədə ətraflı məlumat verilib.

VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir? VergiUşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu? VergiSəhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər? Vergi“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır? VergiGecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq?