31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstehlak bazarında qiymətlər açıqlanıb

2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 104,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106 faiz olub. 2021-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106,4 faiz təşkil edib. Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan və qarğıdalı yağlarının, albalının, gilasın, kələmin, xiyarın, pomidorun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, çayın, kola içkisinin, arağın, pivənin, ucuzlaşma isə əsasən yumurtanın, bananın, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, bibərin, badımcanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin iyul ayına nisbətən 104,8 faiz təşkil edib. Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, yağlı boyaların, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, sementin, kərpicin, mebellərin, paltaryuyan maşınların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2021-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106,2 faiz təşkil edib. Cari ilin iyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması təbii qaz təchizatı xidmətinin əhali qrupu üzrə illik istehlak həcminə görə tariflərinin dəyişdirilməsi nəticəsində təbii qazın orta qiymətinin artması, habelə ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?