Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,38 dollar azalaraq 69,32 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,45 dollar ucuzlaşaraq 66,83 dollar olub.