19 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda qeyri-neft sektoru 30,5 faiz artıb

Cari ilin ilk 7 ayı ərzində Azərbaycanın ixracı 11,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,4 milyard dollar təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın avqust sayında bildirilir ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 milyon dollar və ya 30,5 faiz artıb. 2021-ci ilin yeddi ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 milyon dollarla əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37 faiz, pambıq lifi 88,5 faiz, alüminium və ondan hazırlanan məmulatlarda isə 42 faiz artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə iyul ayı üzrə ixrac 2,6 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7 faiz təşkil etməklə 192 milyon dollar olub. 2021-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6 faiz artaraq 43 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 80,1 faiz artaraq 149 milyon dollar təşkil edib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?