6 Oktyabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Avqustun 10-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, faiz dərəcəsi 6 faiz, tədavül müddəti 728 gündür. İstiqrazlar 2023-cü il avqustun 8-də ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Ekspert RəyiŞadlıq saraylarının hansı xərcləri gəlirdən çıxıla bilər? VergiƏDV məbləği hansı halda malların və ya xidmətlərin dəyərinə əlavə edilir? İqtisadiyyatVüqar Bayramov: "Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfəmiz genişlənməkdədir" İqtisadiyyatMaksim Reşetnikov: "Azərbaycan Rusiyanın ənənəvi tərəfdaşıdır" VergiVergi sisteminin qiymətləndirilməsi 3 əsas altindikator üzrə aparılacaq VergiHesabat dövründə sahibkarlıq fəaliyyəti olmayan vergi ödəyicisi nə etməlidir? VergiVergi Məcəlləsində dəyişikliklər Alman-Azərbaycan Xarici Ticarət Palatasında müzakirə edilib İqtisadiyyatRüfət Quliyev: IGB çox mühüm strateji layihədir İqtisadiyyatBu ilin 9 ayında Azərbaycan nefti 11 faizdən çox bahalaşıb Ekspert Rəyiİdxalı ƏDV-dən azad edilən malların satışı zamanı nələrə diqqət yetirilməlidir?