19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“İslahat icmalı”: Azərbaycan kağızsız ticarətdə regional liderdir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat icmalı” Azərbaycanın kağızsız ticarət sahəsində regional liderliyinə həsr olunub.

Mərkəzdən bildirilib ki, BMT-nin Asiya və Sakit Okean Komissiyasının (UNESCAP) “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin cari il üzrə sorğusunun nəticəsinə görə, Azərbaycan 2019-cu il ilə müqayisədə 5 faiz artım nümayiş etdirərək ümumilikdə 86,02 faiz ilə həm qonşu ölkələr (Rusiya 84,95, Gürcüstan 82,8, İran 77,42, Ermənistan 62,37, Türkiyə 86,02), həm də MDB ölkələri ilə müqayisədə 1-ci yerdə qərarlaşıb. Onu da qeyd etmək lazımdır ki, bütün dünya üzrə ortalama göstərici 64,95 faiz, inkişaf etmiş ölkələr üzrə isə 81,86 faizdir.
“İslahat icmalı”nda qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən bu sahədə aparılan geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması, “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi transsərhəd ticarət prosedurlarının sadələşdirilməsinə gətirib çıxarıb, elektron və kağızsız ticarətin, xüsusilə də, transsərhəd kağızsız ticarətin inkişafını stimullaşdırıb.

Təsadüfi deyil ki, Azərbaycan reytinqin transsərhəd kağızsız ticarət alt indikatoru üzrə 2 il müddətinə 33 faiz artıma nail olub və bu sahənin inkişaf sürətinə görə qlobal səviyyədə öncül mövqeyə yiyələnib. Gömrük sahəsində aparılmış islahatlar - “Yaşıl Dəhliz”, “Avtomatlaşdırılmış Gömrük Sistemi” və “Bir pəncərə” elektron sisteminin yaradılması, gömrük bəyannamələrinin elektron qaydada doldurulması və sertifikatların elektron formada təqdim edilməsi, eləcə də, gömrük rüsumları və vergilərinin elektron formada ödənilməsi Azərbaycanda ticarət prosedurlarının sadələşdirilməsinə xidmət edib və reytinqdə də “tam icra” kimi qiymətləndirilərək mövqeyimizin yaxşılaşdırılmasına gətirib çıxarıb. Eyni zamanda, Azərbaycanın 2021-ci il fevral 20-dən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağızsız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən olması da qlobal müstəvidə ölkənin bu sahədə mövqeyinin yaxşılaşdırılmasına öz müsbət töhfəsini verib.
“İslahat icmalı”nın xüsusi buraxılışı ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/37euxTM

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi UNESCAP-ın milli koordinatorudur.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?