24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir

Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov arasında görüş keçirilib. Mikayıl Cabbarov həmçinin, xarici işlər naziri Yair Lapid, maliyyə naziri Aviqdor Liberman, inşaat və mənzil siyasəti naziri Zeev Elkin, regional əməkdaşlıq naziri Esavi Frejlə görüşüb.

Görüşlərdə yüksək texnologilyalar, rəqəmsallaşma, ali təhsil, xüsusilə İT və kiber təhlükəsizlik sahəsində əməkdaşlıq, kənd təsərrüfatı, bərpa olunan enerji, qarşılıqlı ticarətin genişləndirilməsi, vergi məsələləri, yeni əməkdaşlıq imkanları, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi, həmçinin azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr barədə müzakirələr aparılıb, İsrail şirkətlərinin layihələrdə iştirakda marağı ifadə olunub.

İsrail rəsmiləri ölkələrində Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasını yüksək qiymətləndirib, tərəfdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, biznes-dialoqun təşviqi üçün əhəmiyyətli platforma olacağını, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və birgə layihələrin icrasına, ticarət, tikinti, kənd təsərrüfatı, bərpa olunan enerji, İKT, kiber təhlükəsizlik, turizm kimi sahələrin inkişafına töhfə verəcəyini vurğulayıblar.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması