10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkar və menecerlər beynəlxalq ixtisasartırma kursunu uğurla başa çatdırıb

Sahibkar və menecerlər beynəlxalq ixtisasartırma kursunu uğurla başa çatdırıb

Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində “İqtisadi kooperasiya” üzrə beynəlxalq ixtisasartırma kursu keçən sahibkar və menecerlər üçün təlimlər başa çatıb. Qida məhsullarının istehsalı və xidmət sahələrində fəaliyyət göstərən sahibkar və menecerlərə onlayn formatda beynəlxalq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, may-iyul ayları ərzində sahibkar və menecərlər Almaniyanın “AHP İnternational“ Tədris Mərkəzinin ekspertləri tərəfindən keçirilən onlayn təlimlərdə menecment sahəsində beynəlxalq təcrübə barədə məlumatlandırılıb, bu sahədə praktiki vərdişlərə yiyələnib və onlara alman şirkətləri ilə əlaqələrinin qurulmasına dəstək göstərilib.

Pandemiya bitdikdən sonra kursu uğurla başa vurmuş sahibkar və menecerlərin Almaniyaya bir həftəlik səfərlərinin təşkili nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq həyata keçirilir. Proqramın Azərbaycan tərəfdən əlaqələndiricisi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Almaniya tərəfindən isə GİZ-dir. İndiyədək proqramdan 467 sahibkar və menecer yararlanıb. Pandemiya səbəbindən ixtisasartırma kursu onlayn formatda davam etdirilir. Proqramda iştirak etmək istəyən sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər.

Ətraflı məlumat üçün: https://bit.ly/3A0tc0a

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?