20 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şənlik mərasimlərinin 150 nəfərdən artıq qonaqla keçirilməsi qadağandır

Aidiyyəti qurumların nümayəndələri tərəfindən bu günədək 1100-dən çox obyektdə şənlik mərasimləri keçirilərkən qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb.

Növbəti monitorinqlər zamanı tədbirə qatılanların COVID-19 pasportunun olmaması, tədbir barədə məlumatların portala düzgün daxil edilməməsi, şadlıq sarayının sahibi ilə məclis sahibi arasında imzalanan iltizamnamənin tələblərinə əməl olunmaması, toy keçirilən məkanlarda qonaqların sıxlığı və masalararası məsafənin az olması, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin edilməməsi və s. kimi pozuntular qeydə alınıb. Maarifləndrimə tədbirlərinə başlandığı gündən indiyədək monitorinq aparılan şənlik mərasimlərində iştirak edən 137 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində (15 min nəfərə yaxın) nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 600 nəfərdən çoxunun müvafiq tələblərə əməl etmədiyi müəyyən olunub.

Eyni zamanda, monitorinqlər zamanı toy və məkan sahiblərinin aidiyyəti dövlət qurumlarına düzgün məlumat verməmək cəhdlərinə də rast gəlinib. Belə ki, bəzi məkanlarda toyların bir neçə zal arasında bölünməsi yolu ilə daha çox sayda qonağın iştirakına şərait yaradılması halları müəyyən edilib. Şənlik mərasimlərinin eyni məkanda müxtəlif zallar arasında bölünməklə həyata keçirilməsi isə tələblərin pozulmasıdır. Belə ki, qaydalara əsasən, 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi qadağandır. Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbət aparıb və nöqsanlar aradan qaldırılıb. Monitorinq qrupları nümunəvi toy mərasimi təşkil edilən məklanlarda yeni ailə quranlara hədiyyələr təqdim ediblər.

Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, məkan sahibləri şənlik məclisləri barədə icaze.gov.az portalında müvafiq qeydiyyat aparlmalı, zalların ölçüsünə, qonaq tutumuna, iştirakçıların müvafiq sənədlərə malik olmasına diqqət yetirməlidirlər. Belə mərasimlərin portala daxil edilmədən təşkili, həmçinin toyların bir neçə zal arasında bölünməsi yolu ilə daha çox sayda qonaqların iştirakına şərait yaradılması halları müəyyən edilərsə, həmin məkanların sahiblərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri