7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İndiyədək 900-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib

Şənlik mərasimlərinin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələri tərəfindən gündəlik monitorinqlər davam etdirilir.

Monitorinqlər zamanı şənlik mərasimlərinin keçirildiyi bəzi məkanlarda sıxlığın normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması, “icaze.gov.az” portalına məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması kimi pozuntular qeydə alınıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iyulun 22-dək aparılan monitorinqlər zamanı bəzi obyektlərdə keçirilən şənlik mərasimlərində 112 minədək qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində nöqsanlar aşkar edilib. Nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və yeni ailə quranlara hədiyyələr təqdim olunub. Qeyd edək ki, indiyədək 900-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib.
Şənlik mərasimləri təşkil edən obyekt sahiblərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (“icaze.e-gov.az”) düzgün daxil edilməldir. Şənlik və məkan sahibləri müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl etməli, işçi heyətin vaksinləşməsinə və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsinə xüsusi diqqət yetirməlidirlər. Pandemiya şəraitində qaydalara riayət edək ki, gələcəkdə hər hansı məhdudiyyətlərin tətbiqinə ehtiyac duyulmasın.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?