19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azad olunmuş ərazilərin bərpasında Türkiyə şirkətlərinin iştirak imkanları müzakirə olunub

Türkiyənin Azərbaycandakı Ticarət Müşavirliyinin nümayəndələri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olub.

AZPROMO-dan bildirilib ki, qurumun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev dövlət başçılarının səmimi dostluq və qardaşlıq münasibətləri, ölkələrarası iqtisadi-ticarət əməkdaşlığın genişləndirilməsinə verdikləri böyük önəmin tərəfdaşlığın daha da dərinləşməsinə böyük imkanlar yaratdığını vurğulayıb, Azərbaycanda həyata keçirilən davamlı islahatlar, əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumat verib.

Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edən Türkiyənin Azərbaycandakı Ticarət Müşavirliyinin baş müşaviri Ahmet Erdal təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, hər iki hökumət arasında imzalanmış Preferensial Ticarət Sazişinin ikitərəfli ticarət əlaqələrinin genişlənməsində rolunu qeyd edib. A.Erdal Azərbaycanda çoxsaylı Türkiyə şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayaraq uğurlu investisiya əməkdaşlığının həyata keçirildiyini diqqətə çatdırıb.

Ticarət müşaviri işğaldan azad olunmuş ərazilərimizin bərpasında, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirak imkanları ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə ölkələrarası iqtisadi əlaqələrin gücləndirilməsi, qarşılıqlı ticarətdə məhsul çeşidinin artırılması və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?