17 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımalarda rekord göstərici qeydə alınıb

Bu ilin 6 ayı ərzində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə 11 min 84 TEU konteyner daşınıb. Bu rəqəm 2020-ci il ərzində daşınan konteynerlərin ümumi sayına (11 min 748 TEU) yaxındır.

“ADY Konteyner” MMC-dən bildirilib ki, BTQ ilə ilin əvvəlindən təyinat stansiyalarına 369 TEU idxal, 397 TEU ixrac, 10 min 318 TEU tranzit yükü çatdırılıb. Konteynerlərdəki yüklərə gəlincə, ən çox əlvan metallurgiya və kimya sənayesi məhsulları, avadanlıqlar, taxıl və taxıl məhsulları, tekstil, heyvan yemləri, tikinti materialları daşınıb.

Ən çox konteyener 3206 TEU olmaqla Qazaxıstan-Türkiyə marşrutu üzrə daşınıb. Əks istiqamətdə isə 552 TEU yük çatdırılıb. Çindən Türkiyəyə 2915 TEU, Türkmənistandan 912 TEU, Özbəkistandan isə 747 TEU yükdaşıma həyata keçirilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. İndiyədək BTQ ilə 33 min 267 TEU konteyner daşınıb. Burada tranzitin payı 26 min 828 TEU təşkil edib. Bu isə BTQ ilə daşınan ümumi yükün 81 faizi deməkdir.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?