13 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət qurumları şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda monitorinqləri davam etdirir

Bildiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il iyulun 1-dən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günü və sair) keçirilməsinə icazə verilib. Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkili məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət qruplar müvafiq məkanlarda monitorinqləri davam etdirirlər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iyulun 8-də aparılmış monitorinqlər zamanı şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyəti araşdırılıb və həmin şərt və tələblərin pozulması hallarının qarşısı alınıb. Monitorinq qrupları şənlik mərasimləri keçirilən məkanların ərazisi, stollar ətrafı və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi, mərasimlərdə iştirak edənlərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və sair məsələləri nəzarətdə saxlayıblar. Monitorinqlər zamanı bir sıra obyektlərdə tələblərin pozulması halları müəyyən edilib. Məkan və toy sahibləri ilə aparılmış danışıqlarla müvafiq qaydalar bir daha onların diqqətinə çatdırılıb, yaranmış hallar yerindəcə aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin edilib. Monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim olunub.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?