17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarabağ iqtisadiyyatının bərpası iqtisadi artıma müsbət təsir göstərəcək

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaranması yeni iş yerlərinin açılması, yeni əlavə dəyər yaradılması, ixrac əhəmiyyətli istehsalın həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır. İqtisadçı Xalid Kərimli qeyd edib ki, bunun nəticəsində həm ümumi daxili məhsulun həcmi artacaq, həm də ölkəyə valyuta axını güclənəcək:

“Burada üç istiqamətə xüsusi diqqət yetirilməlidir:

1. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi mümkündür. Artıq bu istiqamətdə aktiv işlər həyata keçirilir. Burada heyvandarlıq, bağçılıq, əkinçiliyin müxtəlif istiqamətləri inkişaf etdiriləcək. Bu, ölkənin həmin məhsullar üzrə idxaldan asılılığını azaldacaq, ixrac üçün əlavə imkanlar yaradacaq.

2. Qarabağda turizm üçün çox yaxşı imkanlar var. Orada infrastrukturun təhlükəsiz istifadəsinə imkan yaradılmasından sonra turizm obyektlərinin inşa ediləcəyi gözlənilir. Qarabağın həm müalicəvi, həm coğrafi, həm də təbii tarixi imkanlarını əks etdirəcək turizm potensialı formalaşacaq. Bu, ölkəyə turist axınını şərtləndirəcək. Xüsusən dağ turizminə maraqlı olan şəxslər xərcləmələrini bu istiqamətə yönəldəcəklər.

3. Hasilat sənayesinin - qızıl, gümüş, mis və digər əlvan metal yataqlarının olması, Kəlbəcərdə, Zəngilanda, digər rayonlarda bu ehtiyatların mövcudluğu iqtisadiyyatın inkişafı üçün əlavə imkanlar yaradır”.

X.Kərimli vurğulayıb ki, Qarabağ iqtisadiyyatının bərpası prosesinin şəffaflığı növbəti illərdə ölkənin iqtisadi artımına müsbət təsir göstərəcək və yeni iş yerlərinin açılmasında əsas amil olacaq. Dövlətin bu istiqamətlərdə investisiyaları həm alternativ enerji resurslarının, həm də nəqliyyat, kommunikasiya, kommunal infrastrukturun bərpasına şərait yaradacaq və bunun nəticəsində şirkətlər yaxın gələcəkdə Qarabağın bərpası zamanı yaranacaq işlərdən faydalanacaqlar.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?