3 Fevral 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İyulun 13-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 40 milyon manat, nominal dəyəri 100 manat, faiz dərəcəsi 6,5 faiz, tədavül müddəti 1092 gündür. İstiqrazlar 2024-cü il iyulun 9-da ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

VergiVergi qanunvericiliyində məşğulluq və əmlak deyəndə nə nəzərdə tutulur? VergiFəaliyyəti olmayan vergi ödəyiciləri maliyyə sanksiyasından azad edilib İqtisadiyyatViktor Orban: "Azərbaycanın Avropaya enerji nəqlinə sadiqliyini çox yüksək qiymətləndiririk" İqtisadiyyatPrezident İlham Əliyev: “Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik” VergiSatış məqsədilə alınan əmlak əsas vəsaitlər kateqoriyasına aid edilirmi? Ekspert RəyiAvtonəqliyyat vasitələrinin əmlak vergisinə cəlb edilməsi İqtisadiyyatMMC-lərin məcburi auditdən keçməsi nəyə görə zəruridir? İqtisadiyyatƏsas kapitala yönəldilmiş vəsaitlər artıb VergiXalis mənfəətin bölüşdürülməsi necə tənzimlənir? İqtisadiyyatSafiddin Jurayev: “Yeni beynəlxalq nəqliyyat dəhlizi Azərbaycanda və Özbəkistanda yeni bazarlar açacaq”