16 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB-lara “Startap” şəhadətnamələrinin verilməsi davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

KOBİA-dan bildirilib ki, bunlar "Alqoritmik kredit texnologiyaları" MMC, "Delivery Azerbaijan" MMC, fərdi sahibkar Nəzər Allahverdiyev və "Əmir Texniki Xidmətlər” MMC-dir. Sözügedən KOB subyektləri “Startap” şəhadətnaməsini aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur. “Startap” şəhadətnaməsi almış startapların innovativ həlləri aqrar sahə üzrə istehsal qurğusu, maliyyə texnologiyaları, logistika xidməti və elektron ticarət kimi sahələri əhatə edir.

İndiyədək KOBİA tərəfindən 7 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almaq istəyən mikro və kiçik sahibkarlar ətraflı məlumatla və şəhadətnamə almış layihələr barədə KOBİA-nın www.smb.gov.az saytından müvafiq bölmədən tanış ola bilərlər.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?