21 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi rayonların yeni bölgüsü əlavə dəyər tutumlu məhsulların istehsalına şərait yaradacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə ölkənin iqtisadi rayonlarının yeni bölgüsünün aparılması ictimaiyyətin diqqət mərkəzindədir.

Professor Elşad Məmmədov Azərbaycanda iqtisadi rayonların yeni bölgüsünü tarixi zərurətlə bağlayır: “İqtisadiyyat və iqtisadi çağırışlar daim dəyişir. Unutmayaq ki, uzun illər Azərbaycanda neft strategiyasına əsaslanan iqtisadi sistem mövcud idi. Bu gün biz tədricən neftin enerji daşıyıcısı kimi rolunun azalması və yeni texnoloji imkanların artması ilə bağlı reallıqlarla üzləşirik. Bu şəraitdə, sözsüz ki, ölkə iqtisadiyyatının strukturunda da, coğrafiyasında da dəyişikliklərə ehtiyac yaranmışdı”.

E.Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra faktiki olaraq bölgədə yeni geosiyası və iqtisadi reallıqlar formalaşmağa başlayıb. Həm işğaldan azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına təkrar inteqrasiyası, həmin bölgədə sənayeləşmə ilə bağlı çağırışlar, həm də Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı, sənayeləşməsi ilə əlaqədar çağırışlar faktiki olaraq məhsuldar qüvvələrin ərazilər üzrə yerləşdirilməsi ilə bağlı tamam yeni bir vəziyyətin yaranması ilə müşayiət olunur. Bu, iqtisadi rayonların yeni təsnifatının aparılmasına tarixi şərt yaradıb: “İndi biz görürük ki, bu proses müvafiq qaydada institutlaşır. Ölkə başçısı tərəfindən ölkədə iqtisadi rayonlarin yeni təsnifatının təsdiq olunması regional inkişafa, yeni iş yerlərinin açılmasına, məşğulluqla bağlı müsbət trendlərə, eyni zamanda, regional baxımdan yüksək rəqabətqabiliyyətli istehsalın formalaşmasına, iqtisadi inkişafın daha taraz formada reallaşmasına təkan verəcək. Bu, bütövlükdə Azərbaycanda daha çox əlavə dəyər tutumlu, yüksək texnoloji tutumlu məhsulların istehsalına şərait yaratmalıdır ki, həmin məhsullar bir tərəfdən ixrac bazarlarında rəqabət apara bilsin. Düşünürəm ki, bu proseslər ölkədə idxalın əvəz olunması siyasətinə müsbət təsir göstərəcək”.

VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri