7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəki sahibkarları ilə görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi Şəkidə aqrar sahədə fəaliyyət göstərən və agentliyin rayonda yeni fəaliyyətə başlamış KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təlimlərə cəlb olunmuş KOB subyektləri ilə görüşüb.

KOBİA-dan bildirilib ki, Şəki KOBİM-də təşkil olunmuş görüşdə sahibkarların ehtiyacları və təklifləri dinlənilib, təlimlər və məsləhət xidmətləri barədə fikirləri öyrənilib. Bildirilib ki, Şəkidə KOBİA-nın KOB İnkişaf Mərkəzi ilə yanaşı, “KOB Dostu” ofisi də fəaliyyət göstərir. Agentliyin bu struktur bölmələri Şəkidə və ətraf rayonlarda fəaliyyət göstərən KOB-ların yerində dövlət dəstəyi mexanizmləri və onlara çıxışla bağlı məlumatlandırılmasına, maraqlarının müdafiəsinə, yeni KOB-ların yaranması və mövcud sahibkarlıq subyektlərinin inkişafına dəstək olur, bilik və bacarıqlarının artırılması üçün məsləhət və təlim xidmətləri göstərir. Bu formatda görüşlər digər rayonlarda da davam etdiriləcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?