19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda 25-ci Beynəlxalq Biznes Forumu keçiriləcək

İyulun 6-da iş adamlarının, biznes assosiasiyaların və Beynəlxalq Biznes Forumun (IBF) nümayəndələrinin iştirakı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və IBF arasında 25-ci IBF Forumunun Bakıda keçirilməsinə dair anlaşma memorandumu imzalanıb.

KOBİA-dan bildirilib ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və IBF-in sədri Erol Yarar imzalayıblar.

O.Məmmədov IBF Forumunun ölkəmizdə keçirilməsinin iştirakçı ölkələr, xüsusilə də Azərbaycan və Türkiyə arasında biznes sahəsində əməkdaşlığının genişləndirilməsi və iş adamlarının iştirakı ilə çoxtərəfli biznes platformanın formalaşdırılmasında əhəmiyyətli olacağını bildirib. Qeyd olunub ki, forum çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi nəzərdə tutulur. Forum post-COVID dövründə ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, yeni təşəbbüslərin reallaşdırılması baxımından da əhəmiyyətli olacaq.

Beynəlxalq Biznes Forumun rəhbəri E.Yarar və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Abdurrahman Uzun 25 ildir keçirilən IBF-in əhəmiyyətinə dair fikirlərini bölüşüb, növbəti tədbirin Bakıda keçirilməsindən məmnunluqlarını bildiriblər.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov forumun iş adamları arasında yeni əlaqələrin qurulması və əməkdaşlığın inkişafı, eləcə də ölkəmizin biznes mühitinin təqdim olunması baxımından əhəmiyyətli olacağını vurğulayıb.

Tədbir çərçivəsində IBF-in fəaliyyətinə dair film nümayiş olunub.

Qeyd edək ki, forum dünyanın bir sıra ölkələrinin iş adamlarını və dövlət rəsmilərini bir araya gətirməklə, ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təşkil olunur. Forum 1995-ci ildə MÜSİAD tərəfindən təsis edilib və ildə bir dəfə keçirilən IBF çərçivəsində bir sıra panel iclaslar, ölkə təqdimatları, ikitərəfli görüşlər və sair tədbirlər təşkil olunur.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?