28 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

195-2 Çağrı mərkəzinə 12 mindən çox müraciət olub

Cari ilin birinci yarısında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı mərkəzinə 12212 müraciət daxil olub.

Nazirlikdən bildirilib ki, müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi və nazirliyin fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, 195-2 Çağrı mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və 195-2 Çağrı mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?