19 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA USAID-lə mikro, kiçik və orta biznesin gücləndirilməsi üzrə anlaşma memorandumu imzalayacaq

Qlobal səviyyədə və ölkəmizdə qadın sahibkarlığın iqtisadiyyatda rolu artmaqdadır. Qadınlar kiçik biznes yaratmağa və özünüməşğulluğa daha çox maraq göstərirlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Özəl sektorun inkişafı layihəsi” çərçivəsində təşkil etdiyi “Qadınların milli biznes gündəliyi və koalisiyaların yaradılması” mövzusunda tədbirdə qadınların iqtisadiyyatda, sahibkarlıq və məşğulluqda artan roluna dair fikir mübadiləsi aparılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyətində qadın sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Bildirilib ki, KOBİA tərəfindən qadın sahibkarlığın inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə müvafiq dəstək mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Agentlik qadın sahibkarlığının dəstəklənməsi istiqamətində ən yaxşı beynəlxalq təcrübənin araşdırılmasına, eləcə də xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə də xüsusi önəm verir.

“Yaxın zamanlarda KOBİA ilə USAID arasında mikro, kiçik və orta biznesin gücləndirilməsi üzrə anlaşma memorandumu imzalanacaq. Bu əməkdaşlıq KOB-lara müvafiq təlimlərin keçirilməsi ilə onların təşkilati potensialının və biznesin idarə edilməsi bacarıqlarının artırılması, KOB-ların maliyyə resurslarına çıxışının asanlaşdırılması, tədris və şəbəkələşmə tədbirlərinin təşkili ilə biznes assosiasiyaların potensialının qurulması məsələlərini əhatə edir. Əməkdaşlıq çərçivəsində qadın sahibkarlığının inkişafına da xüsusi diqqət yetiriləcəkdir. Qadın sahibkarlığın inkişafı dövlət və özəl sektorun, ictimai təşkilatların və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində daha effektiv nəticələr verə bilər”, - deyə O.Məmmədov qeyd edib.

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?