14 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZPROMO ilə Mərakeşin İnvestisiya və İxracın İnkişafı Agentliyinin əməkdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparılıb

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarşla görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, görüşdə qurumun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi məqsədilə AZPROMO tərəfindən görülən işlər və həyata keçirdiyi tədbirlər barədə danışıb, ixracın dəstəklənməsi istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan Milli İxrac Strategiyası barədə məlumat verib.

Səfir Məhəmməd Adil Embarş ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf etdiyini, təşkil olunan işgüzar görüşlərin yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb.

İşgüzar görüşdə Azərbaycanda və Mərakeşdə biznes və investisiya mühitinin inkişafı üçün həyata keçirilən tədbirlərə dair müzakirələr aparılıb, ölkələr arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması, eləcə də Mərakeşdə fəaliyyət göstərən İnvestisiya və İxracın İnkişafı Agentliyi (AMDIE) ilə əməkdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparılıb.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?