10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA yanında İctimai Şuranın növbəti iclası keçirilib

İyunun 29-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

KOBİA-dan bildirilib ki, İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının və biznes assosiasiyaların rəhbərlərinin, agentliyin nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda şuranın fəaliyyəti və növbəti müddətdə görəcəyi tədbirlər müzakirə edilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin KOBİA-nın fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu, bu sahədə İctimai Şura ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb. Bildirilib ki, İctimai Şura tərəfindən müxtəlif mövzularda təşkil olunan ictimai müzakirələr dövlət-biznes dialoquna töhfə verməklə, bu sahədə əhəmiyyətli platformadır.

İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov ötən müddət ərzində şura tərəfindən görülmüş işlər və qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər barədə məlumat verib.

İclasda gündəlikdə olan məsələlərə, eləcə də agentliyin fəaliyyətinə və KOB-lara göstərilən dəstək mexanizmlərinə dair müzakirələr aparılıb, ayrı-ayrı sektorları təmsil edən şura üzvlərinin müvafiq sahələrə dair fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. KOBİA yanında İctimai Şuranın üzvü, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari şuranın katibi seçilib.

Qeyd edək ki, 2018-ci ildən etibarən fəaliyyət göstərən İctimai Şura qurumda ictimai iştirakçılığı təmin etməklə, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyətinə ictimai nəzarəti həyata keçirir. İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən biznes assosiasiyalar təmsil olunur.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?