24 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank sektorunun bu ilin ilk beş ayına aid mənzərəsi açıqlanıb

Mərkəzi Bankın statistik bülleteninə əsasən, 31 may 2021-ci il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 33 milyard 810,7 milyon manat, cəmi öhdəlikləri 29 milyard 58,2 milyon manat, balans kapitalı isə 4 milyard 752,5 milyon manat olub. 2021-ci ilin yanvar-may aylarında banklar 273,2 milyon manat xalis mənfəət, 411,2 milyon manat əməliyyat mənfəəti əldə ediblər.

Kredit portfelində artım olub

Mayda bank sektorunun cəmi aktivləri 3,1 faiz və ya 1 milyard 14 milyon manat artıb. Cəmi aktivlərin 43,5 faizi kredit portfelindən ibarətdir. Bankların kredit portfeli mayda 0,5 faiz (79,6 milyon manat) artaraq 14 milyard 691,4 milyon manata çatıb. Sektorun cəmi öhdəlikləri mayda 3,5 faiz və ya 992,7 milyon manat artıb. Cəmi öhdəliklərin 76 faizi depozit portfelindən (maliyyə institutlarının depozitləri çıxılmaqla) ibarətdir.

Əmanət və depozitlər də artıb

Əhalinin bank sektoruna olan inamının əsas göstəricilərindən olan fiziki şəxslərin banklarda olan əmanətlərində artım müşahidə olunub. Mayda fiziki şəxslərin əmanətləri (sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri çıxılmaqla) 3,1 faiz və ya 258,1 milyon manat artaraq 8 milyard 478 milyon manat olub. Müddətli əmanətlərin artımı əsasən milli valyutada olan əmanətlər hesabına baş verib (2,5 faiz və ya 61,6 milyon manat).

Hüquqi şəxslərin cəmi depozitləri mayda 3,4 faiz və ya 445,2 milyon manat artaraq 13 milyard 587,5 milyon manat olub. Artım əsasən tələbli depozitlər hesabına baş verib (2,9 faiz və ya 320,9 milyon manat). Hüquqi şəxslərin tələbli depozitləri cəmi hüquqi şəxslərin depozit portfelinin 83,5 faizini təşkil edir.

Problemli kreditlər azalıb

Beş ay ərzində cəmi kredit portfelində (BOKT-lar daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 0,1 faiz bəndi azalaraq 6 faiz təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1,3 faiz bəndi, 2020-ci ilin orta illik göstəricisinə nisbətən 1,4 faiz bəndi azalıb.

VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?