12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Vibke Şlömerlə görüşüb.

Mikayıl Cabbarov ölkəmizdə maliyyə institutları, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığa önəm verildiyini, qurumun maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi ilə birgə reallaşdırılan “Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi” layihəsi uğurla başa çatıb. “Azərbaycanda investisiya mühiti və aqrobiznesdə rəqabətlilik” və digər layihələrin icrası isə davam etdirilir. Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılması istiqaməti üzrə Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığın gücləndirilməsi imkanları diqqətə çatdırılıb.

Xanım Vibke Şlömer Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlığın mövcud vəziyyəti, prioritet sahələr üzrə layihə və təşəbbüslər barədə məlumat verib, təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Beynəlxalq Maliyyə Korporasiyasının Qafqaz üzrə yeni regional meneceri xanım İvana Duartenin də iştirak etdiyi görüşdə Azərbaycanla Beynəlxalq Maliyyə Korporasiyası arasında investisiya-məsləhət xidmətləri sahəsində tərəfdaşlığın dərinləşdirilməsi üçün imkanlar, “Ölkənin özəl sektorunun diaqnostikası” Çərçivə Sənədinin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi