16 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ŞƏT-in 1-ci İqtisadi Forumu keçirilib

Tədbirdə Azərbaycan da təmsil olunub

Tacikistanın paytaxtı Düşənbə şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “Rəqəmsal iqtisadiyyat, elektron ticarət və innovasiya sahələrində əməkdaşlığın artırılması” mövzusunda 1-ci İqtisadi Forumu keçirilib.

ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi statusuna malik olan Azərbaycanı Forumda iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Forumda ŞƏT-in 20 illiyi, iqtisadiyyatın transformasiyası və rəqəmsallaşma, elektron ticarət və dayanıqlı inkişaf üzrə müasir texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Forumun ilk günü plenar iclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycanda rəqəmsallaşma, innovasiya, rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsi, insan kapitalının inkişafı, Dördüncü Sənaye İnqilabının yeni çağırışlarına çevik uyğunlaşma istiqamətində görülən işlər barədə məlumat verib.

Nazir müavini Elnur Əliyev tədbir çərçivəsində həmçinin, bir sıra görüşlər keçirib, görüşlərdə ikitərəfli iqtisadi-ticarət əlaqələri müzakirə edilib.

Forum çərçivəsində keçirilən tematik sessiyada elektron hökumət sisteminin tətbiqi və dövlət xidmətlərinin elektron formatda göstərilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı əməkdaşlıq, elektron ticarətin üstünlüklərinin təşviqi məsələləri müzakirə edilib

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?