12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

Prezident İlham Əliyev “Veteranlar haqqında” və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunları təsdiq edib və hər iki Qanunun tətbiqi haqqında 2021-ci il iyunun 17-də Fərmanlar imzalayıb. Həmin sənədlər nəticə etibarilə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının daha dolğun təminatına, onlara göstərilən dövlət xidmətlərinin müasir tələblərə uyğun təkmilləşərək keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Yeni qanunlara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vahid informasiya bazasının yaradılması məqsədilə nazirliyin elektron informasiya sistemində müharibə veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, E-reyestrin əsas təyinatı şəhidlər, şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılmasıdır. Həmçinin bununla əlaqədar müvafiq məlumatların toplanılması, işlənməsi, saxlanılması və axtarışının avtomatlaşdırılmasıdır.

Şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron əsasda vahid informasiya bazasının yaradılması gələcəkdə müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacaq, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcək.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi