15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zəruri qayda və tələbləri pozan sahibkarlıq subyektləri cərimələnib

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə keçirdiyi növbəti monitorinqlər zamanı Binəqədi rayonunda Vasif Hüseynova məxsus ərzaq mağazasında, Qara Qarayevə məxsus “Avtomobil təmir xidməti”ndə, Nərimanov rayonunda “Ağ çiçəyim gül dükanı”nda, Nizami rayonunda “Brand 313 mobile” ticarət obyektində, Sabunçu rayonunda Şəhla Əkbərovaya məxsus istixana kombinatında, Səbail rayonunda Əhəd Cəbrayılova məxsus “Hədiyyələr studiyası”nda, Xətai rayonunda Ruslan Əhmədova məxsus ərzaq mağazasında, Yasamal rayonunda Emil İbadova məxsus pərakəndə ticarət obyektində, Nəsimi rayonunda “Oba market”də, Gəncə şəhərində “Favori” mağazasında, “Sevimli dad mağazası”nda, “Moda kids geyim mağazası”nda, Sumqayıt şəhərində “Sumqayıt şəhəri Elmar market”də, “Samsung mobile”da, “Əli-94 market”də, ümumilikdə 21 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?