17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun ilk iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun ilk iclası keçirilib.

Nazirlikdən bildirilib ki, iclasa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri Samir Məmmədov və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir Beyribey həmsədrlik ediblər.

İşçi qrupunun iclasında rəqəmsal transformasiyanın əsas komponentləri olan böyük məlumatların emalı, süni intellekt, “Hökumət buludu” və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycanın rəqəmsal transformasiya konsepsiyasının hazırlanmasında Türkiyə təcrübəsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.

İclas zamanı fərdi məlumatların mühafizəsi sahəsində iki ölkənin milli qanunvericiliyinin uyğunlaşdırılması, sonrakı mərhələdə isə məlumatların transsərhəd ötürülməsinin təmin edilməsi üçün “etibarlı ölkə” statusunun əldə edilməsi haqqında saziş layihəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İşçi qrupunun yaradılması barədə razılıq cari il fevralın 18-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında Ankarada keçirilmiş görüş zamanı əldə olunub.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri