17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan iqtisadiyyatına xarici sərmayə qoyuluşları genişləndiriləcək

İyunun 9-da ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında işgüzar görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, görüşdə çıxış edən USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx və USACC İdarə Heyətinin sədri Reza Vəziri ölkələrimizin ticarət əlaqələri barədə məlumat verib, üçtərəfli əməkdaşlığın ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb, qarşılıqlı ticarət və investisiya əməkdaşlığının inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib, təmsil etdiyi qurumun fəaliyyəti, xarici investorların cəlb edilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Görüş çərçivəsində USAID, AZPROMO və USACC arasında üçtərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması və təşviqi işlərinin aparılması, Azərbaycan iqtisadiyyatına xarici sərmayə yatırımının genişləndirilməsi məsələləri əksini tapıb.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri