19 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan İnvestisiya Şirkəti sahibkarlara müraciət edib

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sahibkarlara müraciət edib.

AİŞ-dən bildirilib ki, qurum sahibkarları əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə dəvət edir. Perspektivli bir layihəniz varsa, lakin həyata keçirilməsi üçün kifayət qədər maliyyə mənbəyiniz yoxdursa, bu məlumat sizin üçündür. Azərbaycan İnvestisiya Şirkətinın ortağı olmaqla biznesinizə əhəmiyyətli investisiyalar cəlb edə bilərsiniz. Kreditdən fərqli olaraq, AİŞ şirkətinizin nizamnamə kapitalına maliyyə investisiyaları qoyur. Bu investisiyaların həcmi kapital qoyuluşlarının ümumi həcminin 30 faizinədək ola bilər ki, bu da maliyyələşdirmə üzrə faiz ödənişlərinin olmayacağı deməkdir. AİŞ-in layihədə iştirakının orta müddəti 5 ildən 7 ilə qədərdir. Bundan əlavə, AİŞ maliyyə modellərinin inkişafına, bazarın təhlilinə və təşkilati məsələlərə kömək edə, xarici tərəfdaşların və investorların cəlb edilməsində yardımçınız ola bilər. AİŞ yalnız yeni layihələrə deyil, həm də Azərbaycanın qeyri-neft sektorundakı mövcud şirkətlərin fəaliyyətinin genişləndirilməsinə və inkişafına investisiya qoymağa hazırdır.

AİŞ-lə əməkdaşlığa başlamaq üçün yalnız layihəniz üçün iş planı təqdim etməlisiniz. İşbirliyində maraqlı olanlar AİŞ-in veb-səhifəsi ilə (https://www.aic.az) və ya 0124888010 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Suallarınızı [email protected] elektron poçtu ilə də göndərə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sahibkarlıq fəaliyyətini dəstəkləmək və genişləndirmək və qeyri-neft sektorunun inkişafı məqsədilə yaradılıb.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?