17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda diplomatik fəaliyyətə başlayan Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb.

Mikayıl Cabbarov səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, Azərbaycanda fəaliyyətinin ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Vurğulanıb ki, dövlət başçılarının siyasi iradəsi, dostluq-qardaşlıq münasibətləri və verdikləri tapşırıqların icrası əməkdaşlığın inkişafında mühüm rol oynayır, Azərbaycan-Türkiyə əlaqələri yüksələn xətlə inkişaf edir. 44 günlük Vətən Müharibəsi zamanı qardaş Türkiyənin güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışan iqtisadiyyat naziri diqqətə çatdırıb ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə əlavə stimul verəcəkdir. Bildirilib ki, Azərbaycan və Türkiyə arasında nəqliyyat-tranzit, enerji, rəqəmsal iqtisadiyyat, kiçik və orta sahibkarlıq, turizm, humanitar və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi potensialı böyükdür.

Görüşdə həmçinin, işğaldan azad olunmuş ərazilərimizin bərpasında, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirak imkanları, Azərbaycanın bu prosesdə Türkiyə şirkətlərini dəstəklədiyi diqqətə çatdırılıb.

Azərbaycanda diplomatik fəaliyyətə başlamağından məmnunluğunu ifadə edən Cahit Bağcı ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, diplomatik fəaliyyəti dövründə iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinə səy göstərəcəyini bildirib.

Tərəflər əməkdaşlığın inkişafı istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri