22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə uyğun olaraq, 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Qanun layihəsi parlamentin iyunun 8-də keçirilən növbədənkənar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası üzrə gəlirləri 24 681 734,6 min manat, xərcləri isə 26 416 297,5 min manat məbləğində müəyyən edilib.

Dövlət büdcəsinin gəlirləri gözləniləndən 2,3 faiz çox, xərcləri isə 3,9 faiz az icra olunub.
2020-ci ilin icmal büdcəsinin gəlirləri 24 milyard 462,5 milyon manat, xərcləri isə 29 milyard 160,3 milyon təşkil edib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?