28 İyun 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İyunun 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, faiz dərəcəsi 8,5 faiz, tədavül müddəti 1820 gündür. İstiqrazlar 2026-cı il iyunun 2-də ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

VergiAmortizasiya ayırmalarının gəlirdən çıxılması İqtisadiyyatBeş ayda Azərbaycanda ümumi daxili məhsul 7,2 faiz artıb İqtisadiyyatYanvar-may aylarında xarici ticarət dövriyyəsi 20 milyard dollardan çox olub Vergiİxrac qeydi ilə satış həyata keçirən şəxslərə hansı tələblər qoyulub? İqtisadiyyatYanvar-may aylarında qeyri-neft məhsullarının ixracı 30,9 faiz artıb Vergi“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib İqtisadiyyatAzərbaycanda “İT-Akademiya” fəaliyyətə başlayır İqtisadiyyatDaşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib İqtisadiyyatMobil telefon cihazları bazarında araşdırmalar davam etdirilir VergiYay Təcrübə Proqramının qrup tapşırıqları mərhələsi keçirilib