15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

15 tələbə “İT HUB Azərbaycan” layihəsində iştirak hüququ qazanıb

İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” (4SİM) ”StrategEast” təşkilatı ilə birgə “İT HUB Azərbaycan” layihəsinə start verib. Layihənin əsas məqsədi İKT sahəsinin inkişafının dəstəklənməsi, əmək bazarında bu sahədə ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsindən ibarətdir.

Məlumat üçün bildirək ki, baş ofisi ABŞ-da yerləşən “StrategEast” Avrasiya ölkələrində biliyə əsaslanan iqtisadiyyatın inkişafının surətləndirilməsi istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır.

Layihənin üstün tərəflərindən biri də ondan ibarətdir ki, təlimi müvəffəqiyyətlə bitirmiş tələbələr Azərbaycanda qalmaqla, iştirakçı xarici şirkətlərdə işlə təmin olunmaq imkanı əldə edirlər.

4SİM-in təşkilatçılığı və əlaqələndirilməsi, Təhsil Nazirliyinin dəstəyi ilə ilkin mərhələ üçün seçilmiş 3 universitetdən (Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti) 30-dan artıq tələbə seçim prosesində iştirak edib, onlardan 15 nəfəri qlobal texnologiya şirkətləri tərəfindən keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb. Təlimlər, ilk mərhələdə ödənişsiz olmaqla, 4-8 ay müddətində onlayn şəkildə “QA mühəndislik”, “FrontEnd” və “Java” üzrə qruplarda keçiriləcək. Artıq “QA mühəndislik” üzrə təlimlərə başlanılıb.

Gələcəkdə layihənin daha da genişləndirilməsi və iştirakçı şirkətlərin Azərbaycanda filiallarının yaradılması nəzərdə tutulur.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?