10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışı qanuna ziddir

Uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışı qanuna ziddir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri ticarət şəbəkələrində, bazarlarda, mağazalarda, marketlərdə və sair satış obyektlərində aparılan müşahidə və təhlillər, həmçinin istehlakçılardan daxil olan müraciətlər göstərir ki, bəzi hallarda istehlak təyinatlı qeyri-ərzaq mallarının bir hissəsi ölkə ərazisinə onların təhlükəsizliyinə zəmanət verən uyğunluq sertifikatı olmadan idxal olunur.

Dövlət Xidmətindən bildirilib ki, qanunvericiliyə əsasən, standartların tələblərinə uyğunluğu təsdiq edən sertifikat olmadıqda texniki tənzimləmənin şamil olunduğu xarici mənşəli istehlak mallarını satmaq və istifadə etmək qadağandır. Belə malların ölkə ərazisinə idxal edilməsi üçün idxalçı tərəfindən malın təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatı təqdim edilməlidir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu cür malları idxal və satış məqsədilə qəbul edən sahibkarların nəzərinə çatdırır ki, belə hallar istehlakçıların həyat və sağlamlığına, iqtisadi maraqlarına ziddir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, uyğunluq sertifikatı olmayan malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq edilir.

Eyni zamanda, bu cür faktlar aşkar edildiyi təqdirdə, uyğunluq sertifikatı olmayan malların idxalının qarşısının alınması məqsədilə həmin sahibkarlıq subyektləri barəsində aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılacaq.

İdxalla məşğul olan sahibkarlıq subyektləri inzibati sanksiyalarla qarşılaşmamaq üçün qeyri-ərzaq mallarının sertifikatlaşdırılması məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik hüquqi şəxsə və ya uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edilmiş digər qurumlara müraciət etməlidir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılardan uyğunluq sertifikatı olmayan istehlak mallarını almamağı, belə hallarla rastlaşdıqda Xidmətin 498-15-01 və 498-15-04 qaynar xəttinə məlumat verməyi xahiş edir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?