16 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İƏT ölkələrinə investisiyaların cəlb edilməsinin perspektivləri və problemləri müzakirə olunub

Qida Təhlükəsizliyi üzrə İslam Əməkdaşlıq Təşkilatının (IOFS) təşkilatçılığı ilə “İƏT ölkələrinə investisiyaların cəlb edilməsinin perspektivləri və problemləri” mövzusunda onlayn görüş keçirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, görüşdə IOFS baş direktoru Yerlan Baydaulet, “Dubai FDI”ın baş icraçı direktoru və İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) prezidenti Fahad Al Gergavi, həmçinin “Kazakh Invest”in İdarə Heyətinin sədri Meirjan Yusupov üzv ölkələrin investisiya mühitinin yaxşılaşdırılması üçün görülən tədbirlər barədə məlumat veriblər.

Tədbir çərçivəsində təşkil olunan sessiyalarda “Kazakh Invest”, “Dubai FDI”, Özəl Sektorun İnkişafı üçün İslam Korporasiyası (ICD) və İxrac Kreditinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən təmsil etdikləri ölkənin investisiya imkanları barədə təqdimatlar keçirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?