12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Xəzər Siyasət Mərkəzinin” nümayəndələrinə Azərbaycanın enerji potensialı barədə məlumat verilib

Energetika naziri Pərviz Şahbazov ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan-ABŞ əlaqələrinin önəmini vurğulayan nazir iki ölkə arasında energetika sahəsində əməkdaşlığın uğurlu tarixə malik olduğunu bildirib. Dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın hazırda “Cənub Qaz Dəhlizi”nin fəaliyyətə başlaması ilə qaz ixrac edən, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edən ölkə kimi də tanındığı, Azərbaycanın təşəbbüsü və iştirakı ilə böyük miqyaslı və strateji layihələrin reallaşdırılımasına ABŞ-ın hər zaman dəstək göstərdiyi ifadə edilib.

Bildirilib ki, Azərbaycanda, eyni zamanda, bərpa olunan enerji mənbələrindən istifadənin inkişafına xüsusi önəm verilir. Yaşıl enerjidən istifadənin genişləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam ilə beş milli prioritet istiqamətdən biri kimi müəyyənləşdirildiyi, eyni zamanda, 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin ölkəmizin ümumi qoyuluş gücündə payının 30 faizə çatdırılmasının qarşıya hədəf kimi qoyulduğu qeyd olunub. Azərbaycanın bərpa olunan enerji potensialı, bu potensialın reallaşdırılması istiqamətində atılmış addımlar, sahə üzrə hazırlanmış qanun layihələri, özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində görülmüş işlər, sənaye miqyaslı külək və günəş elektrik stansiyalarının xarici investisiya hesabına reallaşdırılması üzrə iki beynəlxalq şirkətlə həyata keçirilən layihələr haqqında məlumat verilib.

Görüş zamanı, həmçinin 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbə ilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma işləri, o cümlədən enerji infrastrukturunun bərpası, bu ərazilərin geniş hidro, günəş və külək enerjisi potensialına malik olduğu, Prezident İlham Əliyevin tapşırığına əsasən ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması planları və bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Sonda mərkəz nümayəndələrinin sualları cavablandırılıb.

Görüşdə “Xəzər Siyasət Mərkəzinin” icraçı direktoru Əfqan Nifti, mərkəzin üzvü, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Robert Sekuta, Qazaxıstan və Tacikistandakı sabiq səfir və ATƏT-in Minsk qrupunun Amerikalı sabiq həmsədri Riçard Hoqland, mərkəzin digər üzvləri iştirak ediblər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?