28 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq vebinarda Azərbaycanda KOB-ların rəqəmsallaşdırılması istiqamətində görülən işlərdən danışılıb

Mikro, kiçik və orta sahibkarlıq müasir iqtisadiyyatın hərəkətverici qüvvəsidir və rəqəmsal texnologiyaların mənimsənilməsi səviyyəsi ümumilikdə ölkədə innovativ inkişaf səviyyəsinin göstəriciləri sırasındadır. Qlobal pandemiya da KOB-ların davamlı və dayanıqlı inkişafı üçün rəqəmsallaşmanın vacibliyini bir daha göstərdi. Azərbaycan hökuməti tərəfindən 2030-cu il üçün Milli Prioritetlər çərçivəsində hazırlanmaqda olan sosial-iqtisadi inkişaf strategiyasında KOB-ların rəqəmsallaşdırılması mühüm elementlərdəndir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, bu barədə qurumun idarə heyətinin sədri Orxan Məmmədov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Şərq tərəfdaşlığı ölkələrində KOB-ların rəqəmsallaşmasının təşviqi” mövzusunda təşkil etdiyi vebinarda deyib. O, qeyd edib ki, agentlik müxtəlif dəstək mexanizmləri, bilik və məlumatlılıq səviyyəsinin yüksəldilməsi və elektron infrastrukturun genişləndirilməsi vasitəsilə KOB-ların rəqəmsallaşdırılmasını təşviq edir. Belə ki, KOBİA vasitəsilə təmin edilən daxili bazar araşdırmasının aparılmasına maliyyə dəstəyinin göstərilməsi, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi və “Startap” şəhadətnaməsinin verilməsi rəqəmsallaşma ekosistemini dəstəkləyən mühüm mexanizmlərdəndir. KOB-ların rəqəmsallaşma üzrə bilik və bacarıqlarının artırılması istiqamətində KOB inkişaf mərkəzləri tərəfindən həyata keçirilən təlim və məsləhət xidmətlərinin davamı olaraq onlayn təlim platforması yaradılmaqdadır.

KOB evlərində sahibkarlara vahid məkanda göstərilən xidmətlərin onlayn platformaya keçirilməsi istiqamətində də işlər görülür və bu məqsədlə e-KOB evi portalı yaradılır.
Həmçinin KOB-ların məhsul və xidmətlərini tanıtmaq və onlayn satışına dəstək olmaq məqsədilə onlayn satış platforması hazırlanır. Bu yaxınlarda OECD-nin dəstəyi ilə icrasına start verilən “Azərbaycanda kiçik və orta müəssisələrin rəqəmsallaşdırılmasının təşviqi” layihəsi hökumətin rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində səylərinə töhfə verə bilər.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb