4 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Satınalan təşkilatlarının nümayəndələri ilə növbəti onlayn görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul nümayəndələrinin iştirakı ilə “Satınalma prosedurları: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda növbəti onlayn görüş keçirilib.

Görüşdə bildirilib ki, son illər dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr, “Dövlət satınalmalarının vahid elektron portalı”nın yaradılması, tenderin elektron satınalma vasitəsi ilə həyata keçirilməsi, dövlət satınalmaları sahəsində şəffaflığın və rəqabətliliyin artırılması, mikro, kiçik və orta biznesin inkişafı, həmçinin dövlət vəsaitlərinin səmərəli və qənaətlə istifadə olunmasına əlavə stimul yaradıb.

Tədbirdə iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə olunması, dövlət sаtınаlmа prosedurlarının elektronlaşdırılması, iştirakçıkar arasında sağlam rəqаbətin təmin оlunmаsı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.

Satınalan təşkilatların 100-dən çox nümayəndəsinin iştirak etdiyi onlayn görüşdə dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunduğu və bu tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyi diqqətə çatdırılıb.

VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?