24 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bank “Visa” ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və “Visa” şirkəti arasında ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə strateji əməkdaşlıq müqaviləsi imzalanıb.

AMB-dən bildirilib ki, Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi məqsədilə qlobal ödənişlərdə lider təşkilatlar ilə davamlı olaraq əməkdaşlıq edir. Ötən dövr ərzində Mərkəzi Bankın strateji tərəfdaşı qismində çıxış etmiş “Visa” ilə birlikdə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bir sıra uğurlu layihələrə imza atılıb. Qarşılıqlı əməkdaşlıq çərçivəsində ölkədə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması məqsədilə davamlı olaraq stimullaşdırıcı kampaniyalar keçirilib, ölkədə mobil qurğulardan istifadə etməklə ödənişlərin təhlükəsiz rejimdə həyata keçirilməsini təmin edən “Visa Token Service” innovativ həlli ölkəmizə gətirilərək bir sıra banklarda tətbiq edilib, eyni zamanda, ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi layihəsinin ilkin mərhələsi reallaşdırılıb.

“Visa” ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi məqsədilə imzalanmış yeni strateji anlaşma ödəniş bazarının inkişafını sürətləndirən əsas drayverlərin dəstəklənməsi, innovativ ödəniş həllərinin təqdim edilməsi, mobil ödənişlərin artırılması, habelə maliyyə savadlılığı və inklüzivliyin genişləndirilməsi istiqamətində təşəbbüslərin realizasiyasını ehtiva edir.

Qeyd edək ki, Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində innovativ həllər üzrə təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini daim diqqət mərkəzində saxlayır.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?