7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qadın sahibkarlar üçün biznes təlimləri keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən qadın sahibkarların öz bizneslərini qurması və mövcud sahibkarlıq fəaliyyətlərini genişləndirməsi üçün təşkil etdiyi təlim kursu başa çatıb.

KOBİA-dan bildirilib ki, təlimlərə cəlb olunmuş Sumqayıt şəhəri və Abşeron iqtisadi rayonundan olan qadın sahibkarlar üçün bir ay ərzində biznesə başlamaq, vergi və vergi güzəştləri, korporativ hüquq, şəxsi brendinq, marketinq, HR, qadın sahibkarlığın inkişafı və biznesdə davamlı inkişaf mövzularında təlimlər keçirilib.

Pandemiya ilə əlaqədar təlimlər kiçik qruplar şəklində və müvafiq qaydalara əməl olunmaqla təşkil olunub. Təlim proqramını uğurla başa vurmuş 20 qadın sahibkara sertifikatlar verilib.
Qeyd edək ki, qadınların iqtisadiyyatda, məşğulluğun təmin edilməsində və özəl sektorun inkişafında rolunun, KOB subyektləri arasında qadınların sayının artırılması məqsədilə KOBİA tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması istiqamətində müvafiq tədbirlər görülür, o cümlədən qadın sahibkarların bilik və bacarıqlarının artırılması üçün ödənişsiz təlim və məsləhət xidmətləri göstərilir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?