1 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, yerli icra hakimiyyətləri tərəfindən təqdim edilən xidmətlərdə “ASAN standartları”nın tətbiq edilməsi, o cümlədən bu xidmətlərin “ASAN standartları”nda hazırlanması və sadələşdirilməsi nəzərdə tutulub. Həmçinin bu xidmətlərin vətəndaşlara elektron qaydada təqdim edilməsi üçün Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal icra hakimiyyəti” portalının yaradılmasına start verib.

Regional rəqəmsal hökumət quruculuğunun yekun hədəfi qərar qəbuletmə prosesində çevikliyin artırılması, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çevikliyi və səmərəliliyi təmin etməkdir.

Bu məqsədlə Gəncə şəhəri, Quba və Masallı rayonlarında pilot layihə olaraq müvafiq işlərin görülməsinə start verilib. Layihə çərçivəsində vətəndaşlara müvafiq təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?